Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının yarımfinalında iştirak edəcək

İdman 17 Oktyabr 2024 | 10:21
OXUNUB: 2171

Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri davam edir.

 

Sfera.az xəbər verir ki, yarımfinal gedən yolda Azərbaycan millisinin 3 idmançısı döyüşünü qələbə ilə başa vurub.

 

Tural Sarıyev (48 kq) 1/4 finalda Laşa Kereselidzeni (Gürcüstan) 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Boksçumuz bu mərhələdə türkiyəli Samet Oruc Salihlə döyüşəcək.

 

Nicat Hüseynov (51 kq) da adını yarımfinala yazdırıb. O, Rafael Serranoya (İspaniya) 5:0 (29:28, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gələrək bu hüquqa yiyələnib. Hüseynov yarımfinalda serbiyalı Omer Ametoviçlə üz-üzə gələcək.

 

Komanda yoldaşlarının uğurunu Murad Allahverdiyev (80 kq) də davam etdirib. O, 1/4 finalda Matviy Rajbanı (Ukrayna) mübarizədən kənarlaşdırıb – 3:2 (30:27, 30:27, 28:29, 30:27, 28:29). Allahverdiyev növbəti sınağında serbiyalı Ahmed Mavriçlə qarşılaşacaq.

 

Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı təmin ediblər. Bu mərhələnin döyüşləri oktyabrın 17-də olacaq.

 

Qeyd edək ki, bir gün öncə yığmamızın boksçusu Marjona Savriyeva (50 kq) da 1/4 final görüşünü qələbə ilə başa vurub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man