Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər məlum oldu

İdman 16 Oktyabr 2024 | 20:32
OXUNUB: 3144

Azərbaycanın 23 yaşadək güləşçilərdən ibarət millisi oktyabrın 21-dən 27-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək dünya çempionatında iştirak edəcəklər.

 

Sfera.az xəbər verir ki, mundiala yunan-Roma güləşçilərinin mübarizəsi ilə start veriləcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Rəşad Məmmədov (55 kq), Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Fərid Xəlilov (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), Elmin Əliyev (82 kq), Cocu Səmədov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) uğur qazanmağa çalışacaq.

 

Daha sonra böyük məşqçi Toğrul Əsgərov, məşqçilər Ağahüseyn Mustafayevlə Solmaz Adilovanın rəhbərliyi altında Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Gülər Həbibova (59 kq) və Ruzanna Məmmədova (62 kq) mübarizəyə qoşulacaq.

 

Çempionatın son günlərində sərbəst güləşçilər xalça üzərinə çıxacaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Ruslan Abdullayev (61 kq), Rəşid Babazadə (65 kq), Maqomed-Başir Xaniyev (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Ali Tsokayev (79 kq), Arseni Cioyev (86 kq), Abdulcəlil Şabanov (92 kq), Aslan Abakarov (97 kq) və Aydın Əhmədov (125 kq) ölkəmizi təmsil edəcək.

 

Məsul yarışda 1-ci dərəcəli beynəlxalq hakimlər Natiq Hacıyev və Bəşir İsazadə ədaləti qoruyacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man