Bu gün Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa çempionatına start veriləcək.
Sfera.az xəbər verir ki, Azərbaycanın altı cüdoçusu bu gün mübarizəyə başlayacaq. Bunlardan dördü kişi, ikisi qadındır.
Kişilər
-60 kq
Balabəy Ağayev – Savva Karakizidi (Yunanıstan)
Əhməd Yusifov – Xaume Bernabeu (İspaniya)
-66 kq
İbrahim Əliyev – Tal Fliker (İsrail)
Yaşar Nəcəfov – Radu İzvoryanu (Moldova)
Qadınlar
-48 kq
Şəfəq Həmidov – Xulia Fiqueroa (İspaniya)
Ramilə Əliyeva (Azərbaycan) – Katarina Kosta (Portuqaliya)
Qeyd edək ki, Azərbaycan Avropa çempionatında 11 cüdoçu ilə təmsil olunacaq. Daha beş cüdoçumuz sonrakı iki gündə mübarizəyə qoşulacaq. Mayın 1-də başa çatacaq yarışda 40 ölkədən 361 idmançı (207 kişi, 154 qadın) iştirak edir.