AFFA-nın baş katibi Sərxan Hacıyev jurnalistlər qarşısında çıxış edib.
Sfera.az xəbər verir ki, o, əvvəlcə baş katiblik postundakı gələcək fəaliyyətindən söz açıb:
"Hesab edirəm ki, Elxan Məmmədovun FİFA-da vəzifəyə təyinatı futbolumuzun inkişafıma xidmət edəcək. Qarşıma təyinat zamanı məqsəd qoyulub. Əsas məqsəd futbolumuzun inkişafıdır. Qadın futbolu da bunun içindədir və ona böyük diqqət ayrılacaq. Sizdən xahiş edirəm ki, qızlar millisində böyükhesablı məğlubiyyət olanda onların üstünə getməyin. Çünki bu təzyiqlərdən sonra görürüsən ki, ağlayırlar, çox üzülürlər”.
Onun sözlərinə görə, gündəmdə olan məsələlərdən biri VAR sisteminin tətbiqidir: "Fevralda başlamaq istəyirdik, alınmadı. Bu işi başa çatdıracağıq. İki klub növbəti mövsüm Premyer Liqaya gələcək. Hər hansı fors-major hal olmasa, bu, baş tutacaq. 2020-ci ildə planda var idi, amma alınmadı”.