Mədət Quliyevin rəhbəri olduğu federasiyanın adı dəyişdirildi

İdman 18 Aprel 2022 | 16:00
OXUNUB: 1462
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) adı və loqotipi dəyişdirilib.

Federasiyadan Sfera.az-a verilən məlumata görə, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) adı rəsmi olaraq dəyişdirilib və bundan sonra Azərbaycan Velosiped Federasiyası (AVF) adlandırılacaq.

Ad dəyişikliyi zamanı Nazirlər Kabinetinin "İctimai Birliklərə Respublika İdman Federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya Qaydasının tələbləri əsas götürülüb və Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb.

Bundan başqa, inkişaf strategiyasına uyğun olaraq federasiyanın loqotipi də yenisi ilə əvəzlənib. Yaxın günlərdə Azərbaycan Velosiped Federasiyasının yenilənmiş saytı da oxucuların istifadəsinə veriləcək.

Qeyd edək ki, federasiyanın rəhbəri müdafiə sənayesi naziri Mədət Quliyevdir.
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man