Hadisə Polşada baş verib.
Avtosfer.az-ın xəbərinə görə, yanacaqdoldurma məntəqəsindən çıxan sürücü avtoşluq sevdasına düşüb. O, yol dairəsində avtomobili fırladaraq yenidən yola düzəlib. Lakin çox gedə bilməyib. Döngədən çıxarkən polis avtomobili ilə üz-üzə gəlib.
Təhülkəsizlik kameralarının altında və polisin gözü qarşısında məharətini göstərmək sürücüyə baha başa gəlib. O, 5 000 zlotı (təxminən 2 000 AZN) cərimə olunub, 6 cərimə balı alıb. Ən əsası isə, avtomobil istismara yararsız hesab olunaraq çıxdaş edilib, nömrə nişanı ləğv olunub.
Qeyd edək ki, çox köhnə maşınla xuliqanlıq edənlərin avtomobilinin utilizasiya məqsədi ilə müsadirə edilməsi praktikası Avropada getdikcə daha geniş yayılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man