UEFA “Marsel”i “Qarabağ”la oyundakı erməni təxribatına görə cərimələdi

İdman 08 Mart 2022 | 11:21
OXUNUB: 718
UEFA Konfrans Liqasının Fransada "Marsel”lə "Qarabağ” arasında keçirilmiş pley-off mərhələsinin ilk oyununda baş verən hüquqi pozuntularla bağlı qərarlarını açıqlayıb.

Sfera.az xəbər verir ki, Nəzarət, Etika və İntizam Komitəsi Fransa klubuna ümumilikdə 44 250 avro cərimə kəsib.

Cərimənin 20 000 avrosu azarkeşlərin təxribatçı siyasi və təhqiramiz hərəkətləri ilə əlaqədar tətbiq olunub. Qarşılaşmanın gedişində Ermənistan və qondarma rejimin simvolunun nümayiş etdirilməsi Marsel təmsilçisinə bu qədər məbləğə baha başa gəlib.

Klub daha 14 000 avronu tribunalarda ümumi istifadə üçün nəzərdə tutulan keçidlərin tutulması səbəbindən ödəyəcək. 10 250 avro cərimə isə fişəng yandırılması ilə əlaqədar tutulacaq.

Qeyd edək ki, fevralın 17-də keçirilmiş həmin qarşılaşmada meydan sahibləri 3:1 hesabıyla qalib gəlmişdilər. Fevralın 24-də Bakıda təşkil olunmuş cavab oyununda isə "Qarabağ” 0:3 hesabı ilə uduzmuşdu.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man