“Qızıl top”a namizədlərin reytinqi AÇIQLANDI

İdman 07 Mart 2022 | 17:34
OXUNUB: 1603
2022-ci ildə "Qızıl top” mükafatına namizədlərin reytinqi açıqlanıb.

Sfera.az xəbər verir ki, ilk 2 aya əsasən sıralama müəyyənləşdirilib.

Hazırkı durumda ilin ən yaxşısına verilən fərdi mükafata ən layiqli namizəd PSJ-nin hücumçusu Kilan Mbappe hesab edilir. Onun əsas rəqibi "Liverpul”un forvardı Məhəmməd Salah sayılır. "Bavariya”nın qolçusu Robert Levandovski ilk "üçlüy”ün sonuncu sakinidir.

"Qızıl top”un son sahibi Lionel Messinin 8-ci dəfə titulu qazanmaq şansı az göstərilir. PSJ-nin argentinalı futbolçusu reytinqdə 10-cu sıradadır. "Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo isə yalnız 18-ci pillədə özünə yer edə bilib.

"Qızıl top-2022” mükafatına namizədlərin reytinqi:

1. Kilian Mbappe (PSJ)
2. Məhəmməd Salah ("Liverpul”)
3. Robert Levandovski ("Bavariya”)
4. Sadio Mane ("Liverpul”)
5. Kərim Benzema ("Real”)
6. Eduard Mendi ("Çelsi”)
7. Bernardo Silva ("Mançester Siti”)
8. Riyad Mahrez ("Mançester Siti”)
9. Kevin De Bruyne ("Mançester Siti”)
10. Lionel Messi (PSJ)
11. Duşan Vlahoviç ("Yuventus”)
12. Vinisyus Junior ("Real”)
13. Trent Aleksander-Arnold ("Liverpul”)
14. Fil Foden ("Mançester Siti”)
15. Kay Havertz ("Çelsi”)
16. Neymar (PSJ)
17. Erlinq Haland ("Borussiya”, Dortmund)
18. Kriştiano Ronaldo ("Mançester Yunayted”)
19. Kalidu Kulibali ("Napoli”)
20. Kristofer Nkunku ("Leypsiq”)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man