Futbol üzrə Ukrayna millisi ev oyunlarını Polşada keçirəcək.
Sfera.az xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa özünün tviter səhifəsində paylaşım edib.
Funksioner bildirib ki, artıq bununla bağlı Ukrayna Futbol Assosiasiyasındakı həmkarı Andrey Pavelko ilə danışıq olub: "Mən öz adımızdan ehtiyac olarsa, Ukrayna yığmasının ev oyunlarını qəbul edə biləcəyimizi söylədim. Qarşı tərəf təklifimizi qəbul etdi".
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəyə görə ölkədə hərbi vəziyyət tətbiq edib. Bu səbəbdən, UEFA Rusiya və Ukrayna ərazisində öz bayrağı altında keçirilməli olan bütün turnirləri təxirə salıb.
(report)