Şevçenko baş məşqçi olmağa razılaşdı

İdman 23 Yanvar 2022 | 23:16
OXUNUB: 1723
İtaliya "Çenoa"sından istefaya göndərilmiş Andrey Şevçenko futbol üzrə Polşa milli komandasının baş məşqçisi olmağa razılıq verib.

Sfera.az-ın "vZbirna" teleqram kanalına istinadən məlumatına görə, Polşa Futbol İttifaqı (PZPN) və ukraynalı mütəxəssis bütün şərtləri razılaşdırıb. Şevçenkonun illik maaşı 2,5 milyon avro olacaq. Məbləğin bir hissəsini PZPN, qalanını isə sponsorlar ödəyəcək. Yalnız "Cenoa" ilə müqavilənin pozulma şərtlərini razılaşdırmaq qalıb.

Qeyd edək ki, istefaya göndərilməsinə baxmayaraq, Andrey Şevçenkonun İtaliya klubu ilə sözləşməsi davam etməkdədir. Onun rəhbərliyi altında "Cenoa" 11 oyundan 1 qələbə, 3 heç-heçə və 7 məğlubiyyətlə ayrılıb. Komanda A Seriyasının heç bir qarşılaşmasında qalib gələ bilməyib.

Polşa yığması dünya çempionatının pley-off mərhələsində Rusiya ilə səfərdə üz-üzə gələcək. Görüş martın 24-də keçiriləcək.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man