"Qarabağ"ın keçmiş futbolçusuna fəxri vətəndaşlıq verildi

İdman 27 Dekabr 2021 | 11:17
OXUNUB: 361
Türkiyənin "Sivasspor" klubunda çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike ABŞ-ın Vircin adalarında yerləşən Santa Kruzun fəxri vətəndaşı olacaq.

Sfera.az  "Gaz.com.br" saytına istinadən xəbər verir ki, 31 yaşlı vinger tezliklə keçmiş müşavir Paulo Xuka ilə birlikdə bu ada layiq görüləcək.

Müşavirlər Palatası hər iki şəxsə bu titulun verilməsi barədə qərar çıxarıb. Bunu Pedronun müəllimi Kleber Pereyra təklif edib. Oyunçu Novo Hamburqda anadan olsa da, Pinyeyralda əmi, baba və nənələri böyüdüb.

Qeyd edək ki, 2017/2018 mövsümündə icarə əsasında "Qarabağ"ın formasını geyinmiş Pedro Enrike iyulun 17-də Sivas təmsilçisi ilə müqavilə imzalayıb. O, hazırda "İnternasyonal"a keçmək üçün danışıqlar aparır. Enrike "Qarabağ"ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunun müəllifidir. O, 2017-ci il sentyabrın 28-də Bakı Olimpiya Stadionunda İtaliya "Roma"sına 1:2 hesabı ilə uduzduqları görüşdə fərqlənib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man