Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyənin "Bursaspor" komandasının yeni baş məşqçisi açıqlanıb.
Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "timsahlar" Tamer Tunaya tapşırılıb.
45 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. O, bu postda Özcan Bizatini əvəzləyib.