Azərbaycan Kuboku: Daha iki 1/4 finalçı müəyyənləşir

İdman 11 Dekabr 2021 | 10:13
OXUNUB: 910
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

Sfera.az xəbər verir ki, günün ilk matçında titulun son sahibi "Keşlə" "Qaradağ Lökbatan"ı qəbul edəcək. Komandalar ölkə kubokunda ikinci dəfə üz-üzə gələcəklər. 2016/2017 mövsümündə "Keşlə" rəqibini eyni raundda 5:1 hesabı ilə yenib.

1/8 final mərhələsi "Sabah" - "Kəpəz" qarşılaşması ilə başa çatacaq. Ötən mövsüm Gəncə təmsilçisi paytaxt klubunu minimal fərqlə yenib - 2:1.

Azərbaycan Kuboku, 1/8 final mərhələsi

11 dekabr (şənbə)

15:00. "Keşlə” – "Qaradağ Lökbatan”

Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Elçin Məsiyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

"ASK Arena”

18:00. "Sabah” – "Kəpəz”

Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Asif Əliyev

"Bank Respublika Arena”

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyun günündə "Səbail" səfərdə "Zaqatala"nı 3:1, "Qəbələ" isə MOİK-i 2:1 hesabı ilə məğlub edib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man