De Byazi ilə bağlı AFFA-dan RƏSMİ AÇIQLAMA

İdman 29 Noyabr 2021 | 11:42
OXUNUB: 704
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin gələcək taleyinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə müqaviləsi başa çatdıqdan sonra aydınlıq gələcək.

Sfera.az xəbər verir ki, bunu AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.

Onun sözlərinə görə, 65 yaşlı italiyalı mütəxəssisin hesabatı AFFA İcraiyyə Komitəsinə (İK) təqdim olunacaq.

"Canni De Byazinin müqaviləsi sabah başa çatır. Növbəti baş məşqçinin müəyyənləşdirilməsi ilə bağlı AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Həmin iclasda qərar veriləcək ki, hazırkı baş məşqçi ilə müqavilənin müddəti uzadılsın, yoxsa yeni baş məşqçi təyin olunsun", - deyə qurum rəsmisi bildirib.

F.Abdulla əlavə edib ki, AFFA İcraiyyə Komitəsinin iclası dekabr ayında olacaq.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin iyulunda Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.
 
(trend)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man