İtaliya A seriyasında X tura start verilib.
Sfera.az xəbər verir ki, bu mövsüm uğurlu stabil çıxış edə bilməyən "Yuventus” "Sassuolo”nu qəbul edib.
Hesabı qonaqlar açıb. Frattesi 44-cü dəqiqədə fərqlənərək komandasının fasiləyə öndə yollanmasına şərait yaradıb.
77-ci dəqiqədə Makkeni status-kvonu bərpa edib.
Ancaq ikinci hissəyə əlavə edilmiş beşinci dəqiqədə Maksim Lopez "Allianz Stadium”u sükuta qərq edib – 1:2.
Bu nəticədən sonra "Sassuolo” xallarının sayını 14-ə çatdırıb. "Yuventus” ilə 15 xalda qalıb.
Matçın qollarını təqdim edirik: