Azərbaycan millisi seçmə mərhələdə iştirak etməyəcək

İdman 09 Oktyabr 2021 | 00:13
OXUNUB: 3643
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması 2023-cü il Avropa çempionatının seçmə mərhələsində iştirak etməyəcək.

Sfera.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu addım yığmanın heyətində 3 futbolçunun - Həmzəalı Mikayılov (müdafiəçi, "Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, "Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, "Qarabağ”) koronavirusa yoluxması ilə bağlı atılıb.

AFFA ilə UEFA arasında aparılan danışıqlar, milli assosiasiyanın Texniki departamentinin verdiyi rəy, komandanın bir neçə gün ərzində karantin rejimi ilə əlaqədar məşq edə bilməməsi nəzərə alınaraq, qarşılıqlı razılaşma əsasında komandanın seçmə mərhələdə çıxış etməməsi qərara alınıb.

Yaxın günlər ərzində UEFA tərəfindən milliyə Norveç, Belçika və və Lüksemburqla oyunlarda texniki məğlubiyyət verilməsi haqqında qərar qəbul oluna bilər.

Qeyd edək ki, hazırda Belçikada olan Azərbaycan millisinin koronavirusa yoluxmuş üzvləri yerli ölkənin daxili qanunları nəzərə alınaraq, qaldıqları oteldə karantin rejimindədir.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man