PSJ Messi üçün mətbuat konfransı təşkil edəcək

İdman 10 Avqust 2021 | 21:13
OXUNUB: 1308
Fransanın PSJ klubu avqustun 11-də xüsusi mətbuat konfransı təşkil ediləcəyini açıqlayıb.

Sfera.az Paris təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, "Park de Prens" stadionundakı tədbir Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

Konfransın yeni transfer Lionel Messiyə həsr olunacağı gözlənilir. 33 yaşlı hücumçu bu gün Fransaya çatıb. Paris təmsilçisi artıq futbolçunun keçidini sosial şəbəkə vasitəsi ilə elan edib.

Qeyd edək ki, Messi 2003-cü ildən İspaniyanın "Barselona" klubunda çıxış edib. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man