AEL - "Qarabağ" oyununun yeri dəyişdirildi

İdman 30 İyul 2021 | 10:43
OXUNUB: 712
Kiprdə AEL və "Qarabağ" arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun yeri dəyişdirilib.

Sfera.az-ın məlumatına görə, qarşılaşma bu dəfə Limassol şəhərində təşkil olunmayacaq. Avqustun 5-də Larnaka şəhərindəki "AEK Arena"da gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, AEL klubu Limassol şəhərinin təmsilçisidir. Bu komanda rəqiblərini 13 500 tamaşaçı tutumuna malik "Tsirion" stadionunda qəbul edir. "Şirlər"in Konfrans Liqasının II təsnifat mərhələsində Albaniya "Vlajniya"sını 1:0 hesabı ilə yendiyi görüş məhz doğma meydanında gerçəkləşib.

"AEK Arena" isə 7 400 nəfərlikdir. 2020/2021 mövsümündə "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sini məhz bu stadionda qəbul edib. Bir oyundan ibarət cütün taleyi penaltilər seriyasında rəqibin xeyrinə həll olunub - 6:5.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man