Rüstəm Orucov iki tarixi şansı qaçırdı

İdman 26 İyul 2021 | 14:56
OXUNUB: 866

Azərbaycan cüdoçusu Rüstəm Orucov iki tarixi şansı qaçırıb.

73 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu ardıcıl ikinci Yay Olimpiya Oyunlarında ölkəyə ilk medalı qazandırma fürsətini əldən verib.

Orucov Rio-2016-da medal hesabını açmışdı. Həmin vaxt o, gümüş medal əldə etmişdi. Bu dəfə isə Orucov bürünc medal qazanmaq imkanına malik idi. Lakin o, əvvəlcə Rio-2016-nın finalında uduzduğu yaponiyalı Şohei Onoya, daha sonra 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatının cənubi koreyalı qalibi An Çanqrimə yenilərək, 5-ci yerlə kifayətlənib.

Digər tərəfdən, Orucov Tokio-2016-nın digər bayraqdarı, qadın taekvondoçu Fəridə Əzizovanın ardından medalsız qalıb və ardıcıl 5-ci olimpiadada davam edən uğursuz ənənəyə son qoya bilməyib.

Bayraqdarların medalsız qalması ənənəsi isə 2000-ci il Sidney Yay Olimpiya Oyunlarından sonra davam edir. Həmin olimpiadada bayraqdar olmuş sərbəst güləşçi Namiq Abdullayev qızıl medal qazanmışdısa, Afina-2004-də fəxri kürsüyə yüksələ bilməyib.

Yunanıstan paytaxtında olimpiya çempionu olmuş yunan-Roma güləşçisi Fərid Mansurov Pekin-2008-də medalsız qalıb. Çin paytaxtında yeganə "qızıl"ı qazanmış cüdoçu Elnur Məmmədli London-2012-dən əliboş qayıdıb.

Böyük Britaniya paytaxtında olimpiya çempionu adını sərbəst güləşçilər Toğrul Əsgərov və Şərif Şərifov qazansa da, Rio-2016-da bayraqdar funksiyasını boksçu Teymur Məmmədov yerinə yetirib. Lakin Məmmədov da uğursuzluğa düçar olaraq, medalsız qalıb. Əvəzində Əsgərov gümüş medala layiq görülüb.

Qeyd edək ki, kişi və qadının birgə bayraqdar olmasına dair qərar Tokio-2020 Yay Olimpiya Oyunları öncəsi verilib. // "Report"

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man