Tokio Olimpiadasının açılış mərasiminin direktoru istefaya göndərildi - Yəhudi soyqırımını ələ saldığına görə

İdman 22 İyul 2021 | 14:10
OXUNUB: 865
Tokio Olimpiya Oyunlarının açılış mərasiminin direktoru Kentaro Kobayaşi "Holokost”la bağlı keçmiş ifadələrinə görə vəzifəsindən kənarlaşdırılıb.
 
Sfera.az xəbər verir ki, açılış mərasimindən bir gün əvvəl işindən kənarlaşdırılan Kentaro Kobayaşi 1998-ci il özünün nümayiş etdirdiyi komediya şousunda "Gəlin Holokostu oynayaq" kimi ifadələrdən istifadə edərək soyqırımı lağa qoymaqda günahlandırılır.

Qərarı elan edən Təşkilat Komitəsinin sədri Seiko Haşimoto Kentaro Kobayaşinin tarixi faciəni ələ saldığını yeni öyrəndiklərini bildirib. Tədbirdən 1 gün öncə yaşadılan narahatlığa görə tokiolulardan və bütün ölkə xalqından üzr istənilib. 

Qeyd edək ki, Kentaro Kobayaşinin soyqırımdan bəhs edən verilişinin görüntüləri sosial mediada yayılandan sonra istifadəçilər tərəfindən ona sərt reaksiyalar gəlməyə başlayıb.

COVID-19 epidemiyası səbəbilə bir illik təxirə salınan "Tokio 2020” Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-də tamaşaçısız keçiriləcək. Açılış mərasimində məhdud sayda rəsmilər, qonaqlar və mətbuat nümayəndələri iştirak edəcəklər.

Əzizə Zeynal
Sfera.az 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man