Samir Abasov: "Artıq özümüzə gəlməyə başlamışıq"

İdman 20 İyul 2021 | 23:31
OXUNUB: 1230
"Artıq meydana girəndən rəqibin böyüklüyü əzəməti görünür. Sabah hansı komandaya qarşı oynayacağımız bəllidir".

Sfera.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, komandasını çətin oyun gözləyir: "Çox təcrübəli və heyətində səviyyəli futbolçular olan komandaya qarşı oynayacağıq. Eyni zamanda rahatıq. Biz ilk mərhələdən fərqli olaraq, özümüzə gəlməyə başlamışıq. Belə qarşılaşmalar bizə formaya düşməkdə yardımçı olur. Uzun müddətdir Çempionlar Liqasından kənarda qalmışdıq. Belə rəqiblə oyun bizim üçün yaxşı təcrübə toplayacağıq. İki oyundan ibarət cütdür. Sabahkı oyunun hansı ssenaridə keçəcəyi bəllidir. Psixoloji durumumuz həddindən artıq yerində olmalıdır".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man