Azərbaycanda avtomobil polisi vurub öldürdü - FOTO

Yol qəzaları 06 İyul 2021 | 12:33
OXUNUB: 1192

Şabranda "Mercedes" markalı avtomobil polisi vuraraq öldürüb.

Avtosfer.az-ın verdiyi məlumata görə, hadisə gecə saat 01:30 radələrində Şabran rayonunun Sincan- Boyat kəndi ərazisində, Bakı-Quba yolunun 124-cü kilometrliyində qeydə alınıb.

Şabran rayon sakini Əbülfəz Kərimovun idarə etdiyi avtomobillə yolu keçən piyada, rayonun Uzunboyad kənd sakini, Şabran Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Təbriz Şahlar oğlu Heybətovu vurub.

Təbriz Heybətov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və
Təhqiqat İdarəsinin "Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsi"ndə cinayət işi açılıb.

Qəzanın başvermə səbəbi araşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man