"Neftçi"nin rəqibi keçmiş futbolçusunu transfer etdi

İdman 22 İyun 2021 | 18:40
OXUNUB: 1696
"Neftçi"nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Gürcüstanın "Dinamo" (Tbilisi) komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tbilisi təmsilçisi sabiq yarımmüdafiəçisi Nodar Kavtaradzeni transfer edib.

Son klubu Macarıstan "Mezyököveşd"i olan 28 yaşlı oyunçu ilə 2,5 illik müqavilə imzalanıb.

Kavtaradze daha əvvəl 2017 və 2019-cu illərdə də paytaxt təmsilçisinin formasını geyinib.

Qeyd edək ki, "Dinamo" və "Neftçi" arasında ilk oyun iyulun 7-də Boris Payçadze adına "Dinamo Arena”da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Cavab matçı isə iyulun 14-də "Bakcell Arena”da keçiriləcək.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man