Möcüzəyə bel bağlamışıq - Şenol Günəş

İdman 19 İyun 2021 | 19:19
OXUNUB: 2522
Son oyundakı məğlubiyyət bizə daha pis təsir etdi. İnamımızı itirdik. İki oyundan sonra xalsız qalacağımızı təsəvvür etmirdik.

Sfera.az istinadən xəbər verir ki, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş İsveçrəyə qarşı keçirəcəkləri Avro-2020-nin A qrupunun III tur matçından öncə mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis bildirib ki, azarkeşlərin yığmadan çox şey gözləməsi futbolçuların üzərində təzyiq yaratdı:

"Gənc komandayıq. Uelsi udsaydıq, vəziyyət daha fərqli olacaqdı. İndi isə möcüzəyə bel bağlamışıq. 4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik. Çünki böyük hədəflərimiz var idi".

Günəş sabahkı matçda daha yaxşı mübarizə aparacaqlarını vurğulayıb:

"Təqidlərə hörmətlə yanaşırıq. Biz özümüz də oyunumuzdan narazıyıq. Ən yaxşılar arasında olmaq üçün buraya gəldik. İstədiyimiz nəticələri qazana bilmədiyimiz üçün məyusuq".

Təcrübəli baş məşqçi komanda daxilində heç bir problemin olmadığını söyləyib:

"Mətbuatda müxtəlif xəbərlər yayılır. Heç bir futbolçu ehtiyatda qaldığı üçün üzgün deyil. Oyunçular arasında münasibət qaydasındadır. Sadəcə, istədiyimiz oyunu göstərə bilmirik".
 
(Report)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man