Bakıda 30 min türk azarkeşə qarşı oynayacağıq - Peyc

İdman 16 İyun 2021 | 00:25
OXUNUB: 2488
Oyunun bəzi hissələrində daha yaxşı çxış etməyə çalışacağıq. Bunun üçün ciddi hazırlaşmışıq.

Sfera.az  xəbər verir ki, bunu Uels millisinin baş məşqçisi Robert Peyc Bakıda Türkiyə millisinə qarşı Avro-2020-nin A qrupunun II tur matçından öncə mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis meydana ən yaxşı "11-liy"i buraxacağını bildirib:

"Havanın hərarəti oyuna təsir edir. Əvvəlki matçla müqayisədə böyük dəyişiklik olmayacaq. Hər komandaya qarşı oynaya bilərik. Rəqibdən çəkinmirik, sadəcə, hörmət edirik. Təcrübəli oyunçularımız var. Stadionda 30 min türk azarkeş olacaq. Sabah həm də onlara qarşı oynayacağıq. Bizə balans lazımdır".

Peyc "ay-ulduzlular"ın əvvəlki oyunlarına da baxdıqlarını və yaxşı komandaya qarşı mübarizə aparacaqlarını vurğulayıb:

"Rəqibin güclü tərəflərini bilirik. Komandamızda türklərə çətinlik yarada biləcək futbolçular var. Əsas hədəfimiz qələbə qazanmaqdır. Əlimizdə özünü göstərmək istəyən 26 futbolçu var. Bu, mənim üçün vacibdir".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda oynanılacaq Türkiyə - Uels matçı saat 20:00-da başlayacaq.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man