“Formula-2”: Son yarışın qalibi bəlli olub - YENİLƏNİB

İdman 06 İyun 2021 | 14:11
OXUNUB: 2262
Bakıda Azərbaycan Qran-prisi çərçivəsində keçirilən "Formula-2” üzrə yürüşlər yekunlaşıb.

Sfera.az xəbər verir ki, bu gün keçirilən yarış Juri Vipsin qələbəsi ilə başa çatıb.

11 komandanın pilotları 28 dövrə vuraraq, qalibi müəyyənləşdiriblər. "Hitech Grand Prix”in üzvü rəqiblərini qabaqlayaraq, finişə birinci çatıb. Oskar Pyastri ("Prema”) ikinci, onun komanda yoldaşı Robert Şvartzman üçüncü yeri tutub.

Qeyd edək ki, dünən "Formula-2” üzrə iki sprint yarışı keçirilib. Robert Şvartzman ("Prema”) birinci, Juri Vips ("Hitech Grand Prix”) isə ikinci yarışın qalibi olub.

***12:56

Bakıda Azərbaycan Qran-prisi çərçivəsində keçirilən "Formula-2” üzrə yarışın startı verilib.
 
Sfera.az xəbər verir ki, 11 komandanın pilotları bir saat beş dəqiqə ərzində dövrə vuraraq, qalibi müəyyənləşdirəcəklər.

"Əvəzedicilər” bununla da paytaxtımızda keçirilən Azərbaycan Qran-prisi çərçivəsində çıxışlarını yekunlaşdıracaqlar.

Qeyd edək ki, Bakıda "Formula-2” üzrə dünən təşkil olunan ilk iki sprint yarışında müvafiq olaraq Robert Şvartzman ("Prema”) və Juri Vips ("Hitech Grand Prix”) qalib adını qazanıb.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man