Klublarımızın Konfrans Liqasının təsnifat mərhələlərindəki qazancı açıqlandı

İdman 01 İyun 2021 | 17:51
OXUNUB: 2740
UEFA Konfrans Liqasında təsnifat mərhələləri üçün mükafatın məbləği açıqlanıb.

Sfera.az xəbər verir ki, I təsnifat mərhələsində uduzanlar 150 000 avro, II təsnifat mərhələsində uduzanlar isə 350 000 avro əldə edəcək.

III təsnifat mərhələsində məğlub olanlara 550 000 avro, pley-offda yenilənlərə isə 750 min avro veriləcək.

Üstəlik, klubların hər biri hansısa təsnifat mərhələsinə qatılması qarşılığında əlavə 100 000 avro əldə edəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən "Qarabağ", "Keşlə" və "Sumqayıt" mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Bu isə o deməkdir ki, hər üç komanda ilk görüşdə uduzsa, büdcəsinə 450 min avro əlavə edəcək.

Daha əvvəl Konfrans Liqasının qrup və daha sonrakı mərhələlərinin mükafat fondu açıqlanıb.

Xatırladaq ki, klublar ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində 240 min avro qazanıb.


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man