Bu gün Türkiyə çempionu müəyyənləşəcək

İdman 15 May 2021 | 13:36
OXUNUB: 3191
Bu gün Türkiyə Super Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşəcək. "Report"un məlumatına görə, çempionluq uğrunda mübarizə aparan 3 klub həlledici qarşılaşmalarına çıxacaq.

XLII tur öncəsi "Beşiktaş" və "Qalatasaray" 81 xalla ilk 2 pilləni bölüşür. "Ağ-qaralar" "sarı-qırmızılar"ı topların nisbətində 2 top qabaqlayır. "Fənərbağça" isə 79 xalla 3-cü yerdə gedir.

Bakı vaxtı ilə saat 21:30-da başlanacaq görüşlərdə "Beşiktaş" 51 xalla 10-cu pillədə gedən "Göztəpə"nin qonağı olacaqsa, "Qalatasaray" 45 xalla 14-cü mövqedə qərarlaşmış "Yeni Malatyaspor"u qəbul edəcək. "Fənərbağça" isə 41 xalla 17-ci pillədə olan və I Liqaya enmə təhlükəsi ilə üzləşən "Kayserispor"un qonağı olacaq.

Hazırkı durumda "Beşiktaş" 21-ci çempionluğuna daha yaxın görünür, amma "Qalatasaray" ev oyununda 2 top artıq fərqlə qələbə qazansa, tarixində 23-cü dəfə Türkiyə çempionu olacaq. "Fənərbağça" isə 20-ci çempionluğunu şərikli liderlərin hər ikisinin xal itirəcəyi təqdirdə əldə edə bilər. Daha dəqiqi, "qartallar" və "aslanlar" heç-heçə etsələr, "bülbüllər" ən azı 5 top fərqi ilə qalib gəlməlidirlər. Əsas rəqibləri uduzacağı təqdirdə isə "Fənər"ə istənilən hesablı qələbə kifayət edəcək.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man