Buffon "Yuventus"dan ayrılacağını açıqladı

İdman 11 May 2021 | 20:00
OXUNUB: 2878
"Mənim gələcəyim artıq məlumdur. "Yuventus"da gözəl və çox uzun dövr bu il tam başa çatır. Fikrimcə, mən klubuma hər şeyimi verdim və daha çoxunu aldım".

Sfera.az-ın məlumatına görə, bunu İtaliya milli komandasının sabiq qapıçısı Canluici Buffon "Goal" nəşrinə açıqlamasında deyib. 43 yaşlı qolkiper gələcəyi barədə də danışıb: "Ya daha oynamayacaq, ya məni karyerama davam qərarı verməyə sövq edən situasiyada olacaq, ya da fərqli həyat təcrübəsi qazanacağam".

Mövsüm bitdikdən sonra Buffonun oyunçu karyerasına başladığı "Parma"ya keçmək istədiyi bildirilir.

Qeyd edək ki, Canluici Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a transfer olunub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon "Yuventus"da 683 oyunundan 322-də qol buraxmayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man