Məmmədyarov yarımfinalda məğlub oldu

İdman 01 May 2021 | 01:10
OXUNUB: 4400
Şahmat üzrə onlayn Çempionlar Turunun "New in Chess Classic” mərhələsində bu gün ikinci yarımfinal görüşləri baş tutub.

Sfera.az xəbər verir ki, Şəhriyar Məmmədyarovun rəqibi yapon əsilli ABŞ təmsilçisi Hikaru Nakamura olub.

Sona qədərə mübarizə aparan, amma "Amagedon"da məğlub olan həmyerlimiz turnirdəki çıxışını dayandırıb.

Digər yarımfinal görüşündə turnirin təşkilatçısı və dünya çempionu olan norveçli Maqnus Karlsen Ermənistan vətəndaşlığından imtina edərək ABŞ vətəndaşlığını almağa hazırlaşan Levon Aronyanı məğlub edərək adını finala yazdırıb.

Qeyd edək ki, mükafat fondu 100 min dollar olan turnir mayın 2-də başa çatacaq. Qalib 30 min, finalçı 15 min, üçüncü yerin sahibi isə 8 500 dollar qazanacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man