Güləşçimiz yarımfinala yüksəldi

İdman 13 Dekabr 2020 | 21:14
OXUNUB: 3710
Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.

Sfera.az xəbər verir ki, dekabrın 13-də 60, 63, 82, 97 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Böyüklərin yarışında mübarizəyə başlayan Nihat Məmmədli (60 kq) dünya ikincisi və Avropa çempionu olmuş Moldova güləşçisinə uduzub.

Taleh Məmmədov (63 kq) ilk görüşdə Ukrayna güləşçisinə çətinlik çəkmədən qalib gəlib. Ancaq növbəti mərhələdə rusiyalı rəqib keçilməz olub.

Millimizin üzvü Beka Kandelaki (130 kq) debütdə sonuncu Avropa çempionu Rumıniya idmançısı üzərində əzmkar qələbə qazanıb. Dörddəbir finalda Almaniya təmsilçisinə cəmi 1 dəqiqə 14 saniyə ərzində "tuşe” ilə qalib gələn güləşçimiz yarımfinala yüksəlib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man