"Mübarizə aparsaq da, məğlub olduq" - Qurban Qurbanov

İdman 27 Noyabr 2020 | 01:05
OXUNUB: 3228
"Futbolçularım qələbə qazanmaq üçün hər şeyi etdilər”.

Sfera.az xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının IV turunda Türkiyə klubu "Sivasspor”la keçirilən oyun barədə danışarkən deyib.

İstanbuldakı "Başakşəhər Fatih Terim” stadionunda baş tutan matçda rəqibinə 2:3 hesabı ilə məğlub olan Azərbaycan çempionunun qrupda qalacağı dəqiqləşib.
 
Oyunsonrası mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "Mübarizə aparsaq da, məğlub olduq. Futbolda belə hallar olur. "Sivasspor”u təbrik edirəm. Yaxşı bir matçda qələbə qazandılar. Məğlubiyyətə üzülürəm. "Sivasspor”a digər görüşlərdə uğurlar arzulayıram”.

Baş məşqçi heyətlə bağlı ciddi problemlərin olduğunu da sözlərinə əlavə edib: "Dəyişiklik edə bilmirdik. 1-2 futbolçumuz sağlam olsaydı, oyunu sürətləndirə bilərdik. Əlimizdəki heyətlə ən doğrusunu etməyə çalışdıq”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man