Lionel Messi: "Koronavirus barədə çox düşünmək lazım deyil"

İdman 15 May 2020 | 13:55
OXUNUB: 2381
 

"Yoluxma riski hər yerdə var. Artıq evi tərk edən kimi onunla qarşılaşırsan. Bu səbəbdən, koronavirus barədə çox düşünmək lazım deyil. Özünü heç yerə getməməyə məcbur etmək mümkün deyil". 

Sfera.az xəbər verir ki, bu fikirləri İspaniya "Barselona"sının futbolçusu Lionel Messi "Sport.es" nəşrinə açıqlamasında deyib. 

33 yaşlı hücumçu qaydalara əməl etməyin və maksimum ehtiyat tədbirlər görməyin gərəkliyini anladıqlarını bildirib. Argentinalı forvard yarışların bərpa olunmasını gözlədiyini söyləyib: "Şəxsən mən yarışların bərpasını səbirsizliklə gözləyirəm. Hər şeyin qəribə alınacağını bilirik. Çünki tribunlarda azarkeşlər olmayacaq. Bizi ailələlərimizdən ayırmalarını istəmirik. Ancaq bunun necə görünəcəyinə baxmaq lazımdır". 

Qeyd edək ki, İspaniya La Liqası martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man