Hamını evdə qalmağa çağıran futbolçu şənliyə yollandı və... - FOTO

İdman 30 Mart 2020 | 12:53
OXUNUB: 2540

İngiltərənin "Aston Villa” klubunun yarımmüdafiəçisi Cek Qriliş xoşagəlməz halla üzləşib.

"24tv” xəbər verir ki, futbolçu "Instagram” səhifəsində koronavirusla mübarizə çərçivəsində karantinin qaydalarına riayət etmək və evdə qalmaq haqqında çağırış edib.

Lakin müraciətdən bir neçə saat sonra futbolçu özü karantin qaydalarını pozaraq, komanda yoldaşı Ross Makkormakın evinə yollanıb. Yolda idarə etdiyi "Range Rover” avtomobili ilə qəza törədən 24 yaşlı futbolçu xoşagəlməz vəziyyətə düşüb.

Azarkeşlər futbolçunu məsuliyyətsizlikdə günahlandırıblar. Klub rəhbərliyi isə karantin qaydalarını pozan futbolçuya qarşı cəza tədbirlərinin tətbiq olunacağını elan edib.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man