Yığmamızın Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi

İdman 03 Mart 2020 | 22:15
OXUNUB: 2644
 

Bu gün UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.

Sfera.az xəbər verir ki, mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezident Elşad Nəsirov və Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov iştirak ediblər.

Niderlandın paytaxtı Amsterdamda təşkil olunan tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Bu mövsümdən C Liqasında mübarizə aparacaq yığmamız Lüksemburq, Kipr və Monteneqro seçmələri ilə birlikdə I qrupda yer alıb.

Millətlər Liqası

C divizionu

I qrup

AZƏRBAYCAN

Lüksemburq

Kipr

Monteneqro   

Millətlər Liqasının qrup oyunlarının təqvimi

I tur: 1 - 3 sentyabr

II tur: 6 - 8 sentyabr

III tur: 8 - 10 oktyabr

IV tur: 11 - 13 oktyabr

V tur: 12 - 14 noyabr

VI tur: 15 - 17 noyabr

Qeyd edək ki, Millətlər Liqasının qalibi yenə A Liqasında birinci yeri tutan 4 komanda arasında 2 -6 iyun 2021-ci ildə təşkil olunacaq görüşlərdən sonra müəyyənləşəcək. Turnirin ilk qalibi Portuqaliya yığmasıdır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man