Bakıda yol polisindən qaçmaq istəyən sürücü həbs edildi - ÖZƏL

İctimai nəqliyyat 09 İyun 2020 | 14:07
OXUNUB: 2625

Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Nərimanov rayonu ərazisində sürücülük hüququ olmadan mikroavtobus idarə edən şəxsi saxlayıblar. İdarədən Avtosfer.az-a verilən məlumata görə, 1996-cı il təvəllüdlü, Abşeron rayonu, Güzdək qəsəbə sakini Elməddin Oruc oğlu Quluzadə sürücülük hüququ məhdudlaşdırıldığı halda 99 HS 418 dövlət nömrə nişanlı mikroavtobusu idarə edib. Sürücünün ödəməyən cəriməsi olduğu üçün yol polisi əməkdaşları ona saxla işarəsi verib. Lakin sürücü polisin qanuni tələblərinə tabe olmayaraq qaçmağa cəhd göstərib. Yol polisi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Elməddin Quluzadə saxlanılıb. 
Yol polisi əməkdaşları sürücünü aidiyyəti üzrə Nərimanov rayonu 16-cı polis bölməsinə təhvil veriblər. Sürücü barəsində İnzibari Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polisin qanuni tələbinin yerinə yetirilməməsi)  ilə protokol tərtib olunub. Eyni zamanda toplanmış materiallar Nərimanov rayon məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarına əsasən sürücü barəsində 30 gün müddətində inzibati qaydada həbs tədbiri seçilib.

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man