Maşında silah gəzdirən sərxoş sürücü həbs edildi - BAKIDA - ÖZƏL

İctimai nəqliyyat 09 İyun 2020 | 12:42
OXUNUB: 2681

Bakıda Nizami rayonu ərazisində sərxoş sürücü aşkarlanıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, İdarənin əməkdaşları 99 TD 743 dövlət nömrə nişanlı, "Nissan Teana" markalı avtomobilin sürücüsə saxla əmri veriblər. Sürücü polisin qanuni tələblərinə tabe olmayaraq qaçmağa cəhd edib. Lakin yol polisi əməkdaşları onu saxlamağa müvəffəq olublar.

Saxlanılan zaman müqavimət göstərməyə çalışan sürücü 1973-cü il təvəllüdlü Qasımov Bəxtiyar Əziz oğlunun tibbi müayinədən keçirilən zaman sərxoş olduğu üzə çıxıb. Aparılan araşdırmalar nəticəsində avtomobildə pnevmotik tapança aşkarlanıb.

Faktla bağlı toplanmış materiallar aidiyyəti üzrə Nizami rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarına əsasən Bəxtiyar Qasımov 30 gün müddətində inzibati qaydada həbs edilib.

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man