Daxili işlər orqanlarında yeni təyinat olub. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Baş DYP-nin Xaçmaz rayonundakı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Müşfiq Sadıqov vəzifəsindən azad edilib. Onun yerinə bu vəzifəyə polis kapitanı İslam İsmayılov təyin olunub. O, daha əvvəl müəssisənin dövlət avtomobil müfəttişi vəzifəsində çalışıb.
Nazirin növbəti əmri ilə polis polkovnik-leytenantı Müşfiq Sadıqov isə Şəki regional imtahan-qeydiyyat və texniki baxış şöbəsinə rəis təyin edilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man