Bakıda inanılmaz hadisə - Polis maşınında uşaq dünyaya gəldi - VİDEO

İctimai nəqliyyat 07 İyun 2020 | 15:08
OXUNUB: 13894

Bu gün sərtləşdirilmiş karantin dövrü şəraitində Bakıda qeyri-adi hadisə baş verib. Avtosfer.az xəbər verir ki, Yasamal rayonu, Yeni Yasamal ərazisində 9 aylıq hamilə qadının xəstəxanaya çatdırılması ilə bağlı təcili tibbi yardıma müraciət edilib. Ailə üzvləri eyni zamanda qadını xəstəxanaya çatdırmaq üçün küçəyə çıxaraq polisə də müraciət ediblər. Hadisə yerinə ilk gələn Bakı şəhər Dövlət Yol Poisi İdarəsinin YPX Alayının 9-cu tağımının komandiri polis kapitanı Məmmədəli Əzizadə, polis serjantları Həsən Həsənov və Əli Kərimov 99 YP 393 dövlət nömrə nişanlı patrul avtomobili ilə hamilə qadını xəstəxanaya çatdırmaq istəyiblər. Lakin dövlət xəstəxanası bağlı olduğu üçün özəl klinikalara üz tutublar. Bu müddət ərzində isə avtomobildə doğuş prosesi başlayıb. Sonda xanımı xəstəxanaya çatdırmaq mümkün olub. Oğlan uşağı dünyaya gəlib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov faktı təsdiq edib. O bildirib ki, son 2 gündə bu tip hadisələrə rast gəlinir: "Dünən və bu gün əməkdaşlarımız 20-yə yaxın insanın həyatını xilas ediblər və ya çox təcili şəraitdə xəstəxanalara çatdırıblar. Bu gün baş verən hadisədə də ana və yeni doğulan körpəsi sağ-salamat təbbi heyətə təhvil verilib. Onların həyatına hər hansı təhlükə yoxdur".

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man