Sərt karantin rejimi vaxtı köməyə ehtiyacı olan paytaxt sakinlərindən birinə yol polisi kömək edib. Avtosfer.az xəbər verir ki, paytaxtın Şəmsi Bədləbəyli küçəsində yaşayan yaşlı qadın eyvana çıxaraq həmin ərazidə xidmət aparan 99-YP-438 qeydiyyat nişanlı YPX avtomobilinin ekipajından kömək istəyib. O, evində su olmadığını və evdə körpə uşaqların suya ehtiyacı olduğunu bildirib.
Polis əməkdaşı həmin qadının gətirdiyi su qablarını doldurub və daha sonra yaşadığı mənzilə kimi apararaq ona əlindən gələn köməkliyi göstərib.
Göstərdiyi diqqət və köməkliyə görə həmin yol patrul xidməti inspektoruna Avtosfer.az saytı adından təşəkkür edirik.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man