Karantin cərimləri ləğv edilə bilərmi? - Yol polisindənAÇIQLAMA

İctimai nəqliyyat 03 İyun 2020 | 19:54
OXUNUB: 1831

Karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr ilə bağlı mübahisələr böyüyür.
Baku TV  tərəfindən yayımlanan sujetdə bildirilir ki, bir neçə gün əvvəl yüzdən artıq vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünaslar və ekspertlər Baş nazir Əli Əsədova müraciət edərək, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının 13 aprel 2020-ci il tarixinədək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlbetmə səlahiyyətinin olmadığını, bu səbəbdən həmin tarixə qədər yazılan cərimələrin ləğv olunmasının zəruri olduğunu bildiriblər. 
Müraciətdə qeyd olunub ki, aprelin 13-nə qədər DYP əməkdaşları tərəfindən respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında 18 mindən çox hərəkət iştirakçısı cərimələnib. 
Hüquqşünas Hafiz Həsənov idda edir ki, bu protokollar qanunsuzdur. Çünki yol polisi əməkdaşlarının bu cərimələri yazmağa səlahiyyəti olmayıb. 
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Avtosfer.az-a bildirib ki, aprel ayının 13-ə qədər Dövlət Yol Polisi əməkdaşları tərəfindən karantin qaydalarının pozulmasına görə bir dənə də olsun protokol üzrə qərar çıxarılmayıb. “Həmin qərarlar rayon polis idarələrinin səlahiyyətli şəxləri tərəfindən çıxarılıb. Bu da İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərdir.”
Kamran Əliyev sujetdə fakt kimi təqdim olunan protokola da münasibət bildirib. “Sözügedən protokol barədə qərarı Xəzər rayon Polis İdarəsinin rəis müavini verib ki, bu da qanuna tam uyğundur. Sözügedən tarixə qədər olan bütün protokollar barəsində də qərarlar eyni xarakter daşıyır.”
Avtosfer.az sözügedən protokolla bağlı qərarın fotonüsxəsini də təqdim edir:

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man