Bu gün 1 iyun Uşaqların Beynəlxalq Müdafiə günüdür. Avtosfer.az-ın balaca qonaqları Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirləridir. Onlar həm də “Yol polisinin gənc köməkçiləri”dərnəyinin üzvləridir.
Furkan Əliyev adlı balaca dostumuz böyüyəndə yol polisi olmaq arzusundadır. İndidən də yol hərəkəti qaydalarını öyrənir. Hətta evdə özü üçün kiçik bir avtopark da düzəltdirib. Maşınlara xüsusu marağı var.
Aylin İsmayılzadənin ən böyük arzusu yol hərəkəti qaydaları uşaqlar arasında təbliğ etməkdir. Özü bu qaydaları çox gözəl mənimsəyib.
Rəşad İsmayılzadə məktəbdə dərslərini yaxşı oxumaqla yanaşı həm də yol polislərinin kiçik köməkçidir. O, həm məktəbdə, həm də dostları arasında yol-hərəkəti qaydalarını təbliğ edir.
Ümid Kamilov da polis olmaq arzusundadır. Aşayişin keçiyində durmağı özünə peşə etmək istəyir.
Əhməd Süleymanlı isə mərkəzin fəallarındandır. Dəfələrlə müxtəlif yarışların qalibi olub. Setifikatlar alıb.
Nuray Yəhyayeva həm də gözəl natiqdir. Çıxış etməyi çox sevir. Tədbirlərdə rəngarəng şeirləri ilə zövq oxşayır.
Qadir Səmədov şərti yol polisidir. Hər zaman yol hərəkəti qaydalarına özü ciddi əməl edir. Həm də ən böyük təbliğatçıdır.
Gülnur Mehdizadə fəal şagirddir. Gələcəkdə hansı peşədə seçməyindən asılı olmayaraq bütün insanların yol hərəkəti qaydalarını bilməsini vacib hesab edir.
Bütün bu
Avtosfer.az kollektivi olaraq uşaqları təbrik edirik. Uşaqlıqlarını maneəsiz yaşamağı, gələcəkdə arzusunda olan peşəyə yiyələnmələrini arzu edirik. Bayramınız mübarək olsun!
Orxan Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man