Yol polisi yaşıl işıqda hərəkət edən sürücüyə cərimə yazıb - VİDEO

İctimai nəqliyyat 30 May 2020 | 20:43
OXUNUB: 5257

Bakıda svetoforun yaşıl işığında hərəkət edən sürücüyə yol polisi tərəfindən cərimə yazılıb. Oxuculardan biri Avtosfer.az-a məlumat verərək bildirib ki, idarə etdiyi avtomobillə paytaxtın Cavadxan küçəsində olan svetoforun yaşıl işığı yanıb-sönən vaxtı yolayrıcına daxil olub, bu zaman həmin ərazidə xidmət aparan 99-YP-383 qeydiyyat nişanlı YPX avtomobilinin inspektoru polis kapitanı Cəfərov Fərid onu saxlayaraq barəsinsə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 60 manat cərimə yazıb. Polis əməkdaşı yolayrıcının çıxışında quraşdırılan svetoforda qadağanedici işığın yandığını əsas gətirərək cərimə yazdığını bildirib. 

Yol Hərəkəti Haqqında Qanunun 76- cı maddəsinin IV hissəsində qeyd olunub ki, "Svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır".

Sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun qarşısında stop xəttin olmamasına görə dayanmadığını və buna görə protokolun qanunsuz yazıldığını bildirib.

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man