Bərdədə kişi bacısını və polis zabitini bıçaqladı - VİDEO

İctimai nəqliyyat 30 May 2020 | 19:53
OXUNUB: 2740

Baş Prokurorluq bu gün Bərdədə baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb. Prokurorluğun Mətbuat Xidmətindən Avtosfer..az-a verilən məlumata görə, mayın 30-da saat 11 radələrində Bərdə rayonunun Qaradəmirçi kənd sakini Vüsalə Cəfərovanın qardaşı Elçin Cəfərov tərəfindən döyülməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gediblər. Polis əməkdaşları evin həyətyanı sahəsinə daxil olarkən Vüsalə azyaşlı övladı Fatimə ilə birlikdə onlara yaxınlaşan zaman Elçin Cəfərov əlindəki bıçaqla Vüsaləni təqib edərək ona kürək nahiyəsindən qəsdən 3 dəfə vurub bədən xəsarətləri yetirib, daha sonra xidməti vəzifəsini həyata keçirməklə Vüsalənin öldürülməsinin qarşısını alan polis əməkdaşı Eşqin Məmmədova da bıçaqla qəsdən bir zərbə vuraraq daxilə keçən deşilmiş-cırılmış xəsarət yetirib. Elçin Cəfərov digər polis əməkdaşları tərəfindən zərərsizləşdirilərək saxlanılıb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd), 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilməklə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Elçin Cəfərov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib.

Hadisədən dərhal sonra zərərçəkmiş şəxslər Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.

Hazırda zərərçəkmiş V.Cəfərova və polis əməkdaşının stasionar qaydada müalicələri davam etdirilir.

Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Bərdə rayonunda polis əməkdaşı və bir qadın bıçaqlanıb. Avtosfer.az-ın verdiyi xəbərə görə, hadisə bu gün rayonun Qaradəmirçi kəndində baş verib. Bərdə Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, 1985-ci il təvəllüdlü Məmmədov Eşqin Rəhbər oğlu bıçaqlanıb. Onunla birgə bir qadın da bıçaq xəsarətləri alıb.

***

Polis əməkdaşının bıçaqlanmasının təfərrüatları məlum olub. Rayon sakini Elçin Cəfərov bacısı Vüsalə Cəfərovanı münaqişə zəminində bıçaqlayıb. Bu zaman polis əməkdaşları müdaxilə edib və E.Cəfərov polis Eşqin Məmmədovu da bıçaqlayıb.

***

Münaqişə zamanı Vüsalə Cəfərovanın azyaşlı qızı da xəsarət alıb. Elçin Cəfərov bacısını vurmaq istəyərkən azyaşlı Fatimənin qulağına bıçaq zərbəsi dəyib və onun qulağı kəsilib.

Qeyd edək ki, V. Cəfərovanın 3 il əvvəl boşandığı bildirilir.

 




 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man