Azərbaycanda karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanılıb.
Bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
Onun sözlərinə görə, cərimə məbləğini ödəməyən şəxslərin əmlakı və mülkiyyətinin üzərinə həbs qoyula bilər:
“Qanunvericiliklə inzibati cərimənin ödənilməsi üçün verilən bir aylıq müddət bitdiyi halda, həmin cərimə ödənilməsə, toplanmış müvafiq materiallar məcburi icraata göndərilir. Daha sonra da məcburi icraatda həmin şəxsin əmlakının və mülkiyyətinin üzərinə məhkəmə qərarı ilə həbs qoyula, digər gəlirlərinə yönəldilə bilər ki, cərimə məbləği oradan tutulsun”.
K.Əliyev deyib ki, ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan indiyədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 56 min hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunur. Buna görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər 2 000 manatdan 5 000 manatadək cərimə edilir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man