Bakıda maşın iti vurdu, yol polisi hadisə yerinə gəldi və... - FOTO
İctimai nəqliyyat25 May 2020 | 02:25
OXUNUB: 2340
Bakıda naməlum avtomobilin vurub öldürdüyü it yol polisinin köməkliyi ilə yolun ortasından götürülüb. Avtosfer.az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Maşının zərbəsindən ölən it yolun hərəkət hissəsində qalıb. Bu zaman 99 YP 261 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan Sabunçu rayon DYP Şöbəsinin əməkdaşı nəqliyyat vasitələrinin hərəkətini dayandırıb və hərəkət iştirakçılarından biri itin ölüsünü yolun hərəkət hissəsindən götürərək yol kənarına çıxarıb.