Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Mərdan Əliyevin gənc oğlu dünyasını dəyişib. 31 yaşlı Elvin Əliyev yıxılaraq, başı betona dəyib. O , xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. E.Əliyev ailəli olub. Mərhum Baş Dövlət Yol Polisi İdarəsində işləyirdi.
Avtosfer.az-ın kollektivi Mərdan Əliyevə dərin hüznlə başsağlığı verir.