Yol polisi mal-qara sahiblərinə xəbərdarlıq etdi - DİQQƏT

İctimai nəqliyyat 22 May 2020 | 13:09
OXUNUB: 1201

Son günlər bölgələrdə mal-qaranın yaylağa köçürülməsi prosesi başlayıb. Təəssüflər olsun ki, köç prosesi bəzən asfalt örtüklü yollar vasitəsi ilə həyata keçirilir. Bu isə həm sürücülər, həm də mal-qara və onu ötürənlər üçün təhlükə yaradır, hətta bəzən yol nəqliyyat hadisələrinə səbəb olur. 


Avtosfer.az xəbər verir ki, yol Hərəkəti Haqqında Qanununda da qeyd olunub ki, mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır, o cüməldən sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər. 


Baş Dövlət Yol Polisi İdarəsi mal-qara sahiblərinə xəbərdarlıq edərək mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmənin qadağan olduğunu, sürücülərə isə belə hallarla rastlaşarkən diqqətli olmağı və hərəkət sürətini minimuma endirmənin zəruri olduğunu bildirir.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man