Bakı şəhər sakini Vəfadar Qurbanov may 8-də 99-HV-631 dövlət nömrə nişanlı, "Daewoo Damas" markalı maşın alıb. Avtomobil rəsmi şəkildə sənədləşdirilib və texniki şəhadətnamə dəyişib. Amma nömrə saxlanılıb. May ayının 11-də isə vətəndaş Vəfadar Qurbanovun AsanPay kabinetində ayın 8-də aldığı avtomobil ilə bir həftə əvvəl, yəni ayının 1-də Bakı-Quba yolunda radara düşdüyü barədə məlumat yerləşdirilib.
Eyni zamanda SMS məlumat da verilib. AsanPay-da yerləşdirilən fotolarda inzibati xətanı törədən şəxsin avtomobilin əvvəlki sahibi olduğu görünür. Amma cərimə yeni sahibinə gəlir.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, may ayının 1-i tarxində Vəfadar Qurbanovun adına 99-HV-631 dövlət nömrə nişanlı, "Daewoo Damas" markalı avtomobil üçün etibarnamə olub. “Avtomobilin köhnə sahibi ona etibarnamə verib və məhz bu səbəbdən də vətəndaşın cərimə olunması tamamilə qanunidir.”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man