Şəki Dövlət Yol Polisi Koronavirus (Covid-19) pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində profilaktiki tədbirləri davam etdirir. Məqsəd,insanların həyat və sağlamlığının qorunmasına xidmət etməkdir.
Ölkə ərazisində hərəkət məhdudiyyətləri tətbiq edilir.
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması hallarının qarşısının alınması istiqamətində Şəki Dövlət Yol Polisi tərəfindən də müəyyən işlər görülür.Kütləvi informasiya vasitələrinin köməyindən istifadə etməklə hərəkət iştirakçılarının maarifləndirilməsi təmin edilir. 15 may 2020-ci iltarixdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki Regional Şöbəsinin əməkdaşları ilə birlikdə Şəki şəhəri ərazisində maarifləndirici tədbir keçiriblər. Şəhərdaxili sərnişin daşıma fəaliyyəti göstərən mikroavtobuslar saxlanılaraq, sürücü və sərnişinlərə tibbi maskalardan istifadə etməyin, eləcə də ara məsafəsi saxlanılmasının məcburiliyi barədə məlumat verilərək, hərəkət iştirakçılarına tibbi maskalar paylanılıb. Həmin tədbirin keçirilməsinin məqsədi və mahiyyəti barədə məlumat verilib. Zərurət olmadan evdən çıxmamaq, epidemiyanın yayılmaması üçün qaydalara əməl etmək tövsiyyə edilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man